Müharibə başlayandan 20-50 minə qədər ukraynalı amputasiya edilib - WSJ

15:32 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri 20-50 min ukraynalı bir və ya daha çox əzasını itirib. Bu cür rəqəmlər tibb müəssisələrindən və hökumətdən alınan məlumatlara əsaslanır, The Wall Street Journal Ukraynanın Houp Foundation xeyriyyə təşkilatına və alman protez istehsalçısı Ottobock-a istinadən yazır.

“Faktiki rəqəm daha yüksək ola bilər, çünki prosedurdan sonra xəstələrin qeydiyyata alınması vaxt tələb edir... Kiyev əks-hücumunun başlaması ilə müharibə daha qəddar mərhələyə keçə bilər”, - nəşr yazır.

Houp Fondu qeyd edib ki, 200 min ukraynalı ağır yaralanıb və 10% hallarda ətrafların amputasiyası tələb olunur. Müharibənin əvvəlində amputasiyaların əsas səbəbləri artilleriya və raket hücumları zamanı alınan xəsarətlər idi. İndi çoxları cəbhə xətti boyunca döşənmiş minalardan yaralanıb.

"Kiyev əhalini ruhdan salmamaq üçün itkilərin dəqiq statistikasını gizli saxlayır. Lakin təxmini hesablama olsa belə, bu rəqəm Rusiyanın 17 aylıq hücumunda heyrətamiz insan itkisinə işıq salır”, WSJ yazır.