Yazını böyüt
Yazını kiçilt
“Ölkənin 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir. Evlər yaxın vaxtlarda istifadəyə veriləcək”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib.
O, 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib. Nazir bildirib ki, indiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib.