Müharibəni ölkəmizə gətirənlər cavab verəcəklər - Zelenski

19:26 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski verdiyi açıqlamada, "Biz bütün terror, qətl, işgəncə və talanlara görə bu müharibəni ölkəmizə gətirənlərdən hesab soruşacağıq" deyib.

Rusiya işğalının 1-ci ildönümü yaxınlaşan Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında müharibə hadisələri ilə bağlı fotolar paylaşaraq açıqlamalar verib. Zelenski “Ürəyinizdə və ruhunuzda dərin izlər qoyan on, yüz minlərlə fotoşəkil” ifadələrini işlətərək, “Biz yıxılmadıq, bir çox çətin sınaqlardan keçdik və öhdəsindən gələcəyik" deyib.

Rusiyanın qatillərin, terrorçuların və işgəncə verənlərin yolunu seçdiyini qeyd edən Zelenski, “Bu, Rusiyanın dövlət seçimidir və törədilən terrora görə məsuliyyəti bu dövlət daşıyacaq” deyib.