Mühasiblərin forumuna yeni sədr seçildi

11:14 26.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Mühasiblərin Forumuna yeni sədr seçilib.

Bu barədə hafta.az-a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev məlumat verib. İqtisadçı bildirib ki, 3 ildir ki, ölkəmizdə “Milli Mühasiblər Forumu” keçirilir. Forumun məqsədi Azərbaycanda Mühasibat uçotunun inkişafı, Mühasibat uçotu və Vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır: “III Milli Mühasiblər Forumunun nəticələrinə, iki ilə yaxın Təşkilat Komitəsinin rəhbəri olmuş şəxslərin işinin qiymətləndirilməsinə və növbəti dövr üçün yuxarı orqanlara seçkilərin keçirilməsinə həsr olunmuş Forumun növbəti iclasında bir sıra mühüm qərarlar verilib. Belə ki, Foruma iki il ərzində rəhbərlik etmiş heyətin fəaliyyəti yüksək qiymətləndirilib. Növbəti dövr üçün isə Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov seçilib. İclasda həmçinin, IV “Milli Mühasiblər Forumu”-nun təşkili məsələlərinə də toxunulub.