Kolumbiyada məşhur narkobaron Pablo Eskobarın öz fermasında böyütmək üçün ölkəyə gətirdiyi begemotlardan biri avtomobil qəzası nəticəsində ölüb.
Hafta.az-ın NBC News-a istinadən yazdığına görə, Eskobarın ferması yaxınlığında magistral yolda olan begemotu SUV tipli avtomobilin vurduğu, nəqliyyat vasitəsində olan adamların vəziyyətinin yaxşı olduğu bildirilib.
Yerli ətraf mühit işçisi David Eçeverri Lopez deyib: "Bu növlərin yaratdığı təhlükələrdən biri də budur. Onların bir çoxu beləcə, nəqliyyat vasitəsi ilə magistral yola çıxır. Bu, insanlar üçün də təhlükə yaradır".
Bu gün Afrikada yalnız Saharanın cənubunda yaşayan hipopotam kimi də tanınan begemot, 1980-ci ildə Pablo Eskobar tərəfindən şəxsi zooparkında saxlanılmaq üçün Kolumbiyaya gətirilib. 1993-cü ildə Eskobarın ölümündən sonra begemotlar da turistlərin cazibəsinə çevrilib.
Eskobar fermasına biri erkək olmaqla dörd begemot gətirdi. Lakin zaman keçdikcə çoxalmış heyvanların sayı bu gün 130-a çatıb. Kolumbiya hökuməti begemotları bölgənin çaylarında ekosistemi dəyişdirdiklərini əsas gətirərək invaziv növlər kimi təsnif edib.
Begemontların çaylarda yaşadığını və nəzarətsiz şəkildə çoxaldığını bildirən səlahiyyətlilər, bu heyvanların sayının 8 ildən sonra 400-ə qədər arta biləcəyi barədə xəbərdarlıq ediblər.
Çəkisi 3 tona çatan bu canlıların Kolumbiyanın Puerto Triunfo bölgəsində yaşadığı və bölgə sakinlərinin sərbəst gəzən begemotları görməyə öyrəşdiyi məlumdur.