Yazını böyüt
Yazını kiçilt
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Çin və Rusiya arasında daha sıx qarşılıqlı əlaqələri diqqətlə izləyir. Bu barədə “Reuters” məlumat yayıb.
“Biz Çin və Rusiya arasında əlaqələrin genişlənməsini və möhkəmlənməsini yaxından izləyirik”, - Stoltenberq bildirib.
O qeyd edib ki, NATO Rusiya və Çinin birgə təlimlər keçirməsini, eləcə də dəniz və hava patrullarını birgə həyata keçirməsini müşahidə edir.