NATO konsepsiyasına yenidən baxılacaq

11:22 19.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Fransa və ABŞ münasibətlərindəki böhran NATO üçün yeni bir strateji konsepsiyanın müəyyən edilməsinə güclü təsir göstərir”.

Hafta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa xairic işlər naziri Jan-İv Le Drian deyib. Onun sözlərinə görə, ancaq bu, Fransanın İttifaqdan çıxmasına səbəb olmayacaq:

“NATO Fransa Prezidentinin xahişi ilə konsepsiyanın müzakirəsinə başlayıb. Madriddəki növbəti sammitdə yeni bir strateji konsepsiya üzərində iş aparılacaq. Aydındır ki, yeni konsepsiyanın təyin olunması baş verənlərlə əlaqəli olacaq”.

Oxunma sayı 25