Yazını böyüt
Yazını kiçilt
NATO-nun sabiq Baş katibi, siyasi məsləhətləşmələr üzrə "Rasmussen Global" təşkilatının təsisçisi Anders Foq Rasmussen Ermənistanda səfərdədir.
Hafta.az-ın apa-ya istinadən məlumata görə, o, Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüşdə regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Qeyd edək ki, Rasmussen 2009-2014-cü illərdə NATO-nun Baş katibi postunda çalışıb. Bu, Rasmussenin Ermənistana ilk səfəri deyil, o, ilk dəfə 2012-ci ilin sentyabrında NATO-nun baş katibi olarkən İrəvana səfər edib.