Yazını böyüt
Yazını kiçilt
Naxçıvanda mədəniyyət müəssisələri üzrə cari il fevralın 3-də elan olunmuş müsabiqə çərçivəsində ümumilikdə 266 vakant vəzifə üzrə 315 namizəd qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, seçim prosesinin növbəti mərhələsində - martın 4–13-də keçirilən müsahibədə 146 nəfər uğur qazanıb.
Onlardan 95-i müvafiq vəzifələrə təyin olunub, 51 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.