Böyük türk şair Nazım Hikmət Ranın xatirəsi iyunun 2-də Moskvada yenidən mərasimlərlə anılacaq. Onun məzarı başında keçiriləcək ənənəvi anım mərasimi ilə yanaşı, şairin xatirəsinə konsert proqramı da təşkil olunacaq.
Hafta.az-ın yazdığına görə, təşkilat komitəsinin konsertlə bağlı yaydığı press-relizdə “Nazımı xatırlayırıq! Biz böyük şairin vəfatının 61-ci ildönümündə Russkaya Pesnyadayıq!” yazılıb.
İyunun 2-də Serenad Bağcan və orkestri, məşhur saz virtuozu Ərdəm Şimşəkin müşayiəti ilə Nazım Hikmətin xatirəsinə hazırlanan xüsusi repertuarla tamaşaçılara təqdim olunacaq.
Nazım Hikmətin anım günü Moskva Bələdiyyəsinin Şimal Region Mədəniyyət İdarəsi ilə əməkdaşlıq çərçivəsində Moskva Nâzım Hikmət Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunacaq.