Nazir müavini qəzaya düşüb

18:43 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəis müavini Anatoli Suprunovski Moskvanın mərkəzində qəzaya uğrayıb. Bu barədə Baza öz Telegram kanalında məlumat yayıb.

Portalın məlumatına görə, qəza Ağ Evin yaxınlığında baş verib - Suprunovskinin sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada başqa maşının güzgüsünə çırpılıb. Bundan sonra qəzanın günahkarı müdiri işə aparmaq üçün hadisə yerini tərk edib və yalnız bundan sonra qəzanı qeydə almaq üçün qayıdıb.

Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə cüzi ziyan dəyib.

Oxunma sayı 130
Dünya rubrikasından digər xəbərlər