Nazirlik bəzi apteklərlə bağlı prokurorluğa müraciət etdi

13:26 17.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pandemiya dövründə vətəndaşlar tərəfindən tapılmayan dərman vasitələrilə bağlı ciddi araşdırmalar aparıldı. Hətta dərman istehsalçıları və idxalçıları ilə bağlı görüş keçirildi.

Hafta.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda bildirib.

M.Abbasbəyli qeyd edib ki, dərman siyasətilə bağlı şikayətlər üzrə 30 aptekd; araşdırma aparılıb:

“Pozuntu aşkar edilən 25 apteklə bağlı məlumatlar prokurorluq orqanlarına göndərilib”.