Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama

16:45 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb. 

"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə nazirlikdən bildirib.

Oxunma sayı 856