Nazirliklər ŞUŞAYA KÖÇÜRÜLƏ BİLƏR

17:16 26.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədən sonra bizə çox müraciətlər oldu ki, illərdir meydandasız bir qədər dincəlin. Amma hesab edirik ki, Azərbayacanın milli mövqeyini qoruyan təşkilatlar yaşamalıdır. Hətta təkliflər var ki, təşkilatın adı dəyişdirilsin. Biz isə düşünürük ki, adın dəyişməsinə ehtiyac yoxdur. Biz qələbəyə qədər belə bir şüarla çıxış edirdik ki, hər şey Qarabağın azadlığına doğru, yaxud Şuşa Azərbaycanın paytaxtı olmalıdır.

Bu fikirləri hafta.az-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, çoxları bunu real hesab eləmirdi, amma hadisələr elə inkişaf elədi ki, bu baş verdi:

“Artıq nazirliklərin də Şuşaya köçürülməsi ehtimalı var. Müharibədən sonra isə tam qələbəyə doğru tezisini ortaya atmışıq. Yəni Xankəndi, Xocalı, Ağdərə və digər rayonlarımızda nəzarət tam olaraq əlimizə keçməlidir. Azərbaycan bayrağının bütün ərazilərimizdə dalğalanması prosesi başa çatmalıdır.  Biz tam qələbə deyəndə artıq Zəngəzur məsələsinin də həllini nəzərdə tuturuq. Bu gün Zəngəzur istiqamətində Azərbaycanın öz haqlarını müdafiə etməsi prosesi getməlidir.  Biz deyirdik ki, Zəngəzur, ta Ordubada qədər olan ərazi Qarabağdır. Qarabağ xanlığı dövründə də Zəngəzur Qarabağın tərkibində idi.  Qarabağın azadlığı, Zəngəzurun azadlığıdır”.