"Vəziyyət çox ciddidir. Müharibə təklifləri masadadır. Avropa İttifaqının vəsaitlərini Ukraynaya vermək istəyirlər. Hər cür qanuni fəndlərdən istifadə etməklə Ukrayna müharibəsində iştirakı sürətləndirmək istəyirlər”.
Hafta.az-ın yazdığına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Hökumət başçısı bildirib ki, Avropa liderləri Ukraynaya silah daşınmasını maliyyələşdirmək istəyirlər. Bütün bunlar isə Brüsselin müharibəyə getmək istədiyini göstərən təkliflərdir.
“Nə olur-olsun, Macarıstanın mövqeyini qoruyacağam. Amma bu sammit də sübut edir ki, növbəti bir neçə ay müzakirələr müharibə təhlükəsi ilə bağlı olaraq qalacaq. Ona görə də, bütün siyasi ictimaiyyətimizin və hər bir sülhsevər macarıstanın dəstəyinə ehtiyacımız olacaq”, - cənab Orban deyib.