Nepalın məşhur “Gurxa” və ya digər adıyla "Qorxa" əsgərlərinin Ukraynada döyüşmək üçün “Vaqner” sıralarına qoşulmağa başladığı bildirilir.
Hafta.az-ın Hindistanın “The Economic Times” qəzetinə istinadən yazdığına görə, Moskvaya “turist” vizası ilə gələn gurxalar müqaviləli üzv kimi “Vaqner” sıralarına yazılaraq Ukraynaya döyüşməyə gediblər.
Nepal hökumətindən asılı olmayaraq Rusiyaya gəldiyi bildirilən bu şəxslərin Rusiya vətəndaşlığı almaq istədikləri təxmin edilir.
Həftənin əvvəlində Putinin imzaladığı qanunla Rusiya müqavilə ilə bir il orduda xidmət edən əcnəbilərin yaşayış icazəsi və vətəndaşlıq almasını asanlaşdırıb.
Digər tərəfdən, “The Economic Times” yazır ki, Ukrayna ordusunun da sıralarında döyüşən gurxalar var.
“Gurka əsgərləri” kimlərdir?
Gurxalar Nepal xalqıdır. Onlar 18-ci əsrdə Hindistan Müqəddəs Qorxanının şagirdlərindən biri olan Baba Ravalın Mevar lojasına bağlı olanlar tərəfindən qurulub. Onlar Britaniya Koloniya Ordusunda öz cəsarətləri, gücü və qətiyyətləri ilə məşhur idilər.
Başlanğıclarını təsvir edən rəvayətlərə görə, gurxaların qurucusu sayılan Baba Raval 8-ci əsrdə ov zamanı Ermis Qorxana ilə tanış olur. Qorxana Baba Ravala müjdə verir ki, o, gələcəkdə gurxaların başçısı kimi çox məşhur sərkərdə olacaq və sonar ona bu gün də gurxaların simvolu sayılan Kukri adlı xəncəri təqdim edir.
Bundan sonra o, Şimal-Qərbi Hindistan və Əfqanıstana doğru irəliləyən müsəlmanların irəliləyişlərini dayandırıb onlarla vuruşmalarını xahiş edir. Bunu qəbul edən Qorxana o zamanlar Qəndəhar adlanan Əfqanıstanı müsəlmanlardan qoruyur və orada öz xalqı ilə məskunlaşıb hökmranlıq edir. Müsəlmanların irəliləməsi dayandırılır, lakin 13-16-cı əsrlərdə türklərin köməyi ilə Hindistanda müsəlmanların irəliləməsi davam edir.
Gurxa nəslindən olan Maharaya Diraj Priti Narayan Şah (1769-1775) əvvəlcə dövlət qurdu və onu Nepal Krallığı adlandırdı. 1814-1816-cı illər arasında Şərqi Hindistan Şirkəti ordusu ilə gurxalar arasında gedən müharibədə gurxalar cəsarəti və döyüş bacarığı ingilislərin diqqətini çəkib. Müharibədən sonra bu xalqın qüdrətindən faydalanmaq istəyən ingilislər Şiri Tin Maharaye Yunq Bahadır Rananı gətirərək onu əvvəlcə Şərqi Hindistan Şirkəti ordusuna, daha sonra isə müstəmləkə ordusuna gurxaları işə götürməyə “inandırdılar”. Ona da söz veriblər ki, o, baş nazir olaraq Rana sülaləsinə hökmranlıq edəcək. Bu gün də Şiri Bahadır Rana o dövrdən sonra 100 il davam edəcək qaranlıq Nepal tarixi yaratdığına görə nepallılar tərəfindən tənqid edilir.
Özlərini üstün görən Brahma-Hindistan əsilli gurxalar ingilis ordusunda sıravi əsgərlər kimi iştirakdan imtina edirlər. Problemləri çözmək məqsədilə bu insanları daha yüksək sinif əsgərləri kimi cəlb etmək üçün Kraliça tərəfindən xüsusi bölmənin yaradılması qərara alınıb və orada Tibet və monqol əsilli gurxalar sıravi kimi iştirak ediblər.
Onların arasında uğur qazananlar olsa da, çox vaxt orduda özlərinə bir neçə rütbə tapıb, demək olar ki, bütün yüksək riskli müharibə və əməliyyatlarda iştirak ediblər. İngilislər Hindistanı tərk etdikdən sonra da hələ də Britaniya ordusunda xidmət keçirlər. Lakin bu yaxınlarda açılan məhkəmə iddialarında onlar Britaniya Kral Ordusunun gurxalara qanunsuz olaraq əzab verdiyini iddia edirlər.
Gurxalar 29-cu Hindistan Briqadasının tərkibində 4 batalyon qüvvəsi ilə Çanaqqala döyüşündə iştirak edib.