Nərimanovda 3 küçənin qaz təchizatında fasilə yaranacaq

11:40 01.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən hafta.az-a bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekabrın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.