Nərimanovda konteyner yandı

20:31 26.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanovda yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyadan ibarət konteynerin şüşə-pambıq üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.