Nərimanovda körpüdə qəza - bir nəfər ölüb

16:23 13.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunun Z.Bünyadov prospektində körpüdə yolun kənarında nasaz vəziyyətdə dayanmış paytaxt sakini Emin Məmmədova məxsus “Priora” markalı avtomobil Bakı şəhər sakini B.Poladovun idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə nəticəsində avtomobilin qarşısında dayanmış E.Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.