Niderland Moskvanın 3-cü ən böyük ticarət tərəfdaşıdır

10:45 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderland 400 ildir Rusiyanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Rusiya gömrük məlumatları göstərir ki, sanksiyalara baxmayaraq, keçən il bu ölkə ilə ticarət Çin və Türkiyədən sonra üçüncü yerdədir.

Hafta.az-ın yazdığına görə, Niderland mətbuatı yerli şirkətlərin Rusiyaya qarşı sanksiyaları Türkiyə vasitəsilə dəf etdiyini yazmışdı. Hökumətin Rusiyaya münasibəti indiyədək kifayət qədər sərt olub. Niderlandda keçirilən seçkiləri “Business FM”ə dəyərləndirən xarici siyasət üzrə uzman Georgi Vovt bildirib ki, hakimiyyətə hansı partiya gəlsə, seçicilər arasında Avropa Birliyinə qarşı şübhələri aradan qaldırmalı olacaq.

Vovt hesab edir ki, Vildersin partiyası hökumət qurarsa, Avropa İttifaqı daxilində Ukraynaya yardımla bağlı müzakirələr genişlənəcək. Bununla belə, Vovt Macarıstan və Slovakiya kimi əks səslərə baxmayaraq, bu ölkələrin Rusiyaya qarşı 11 sanksiya paketinə veto qoymadığına diqqət çəkir.

Vovt düşünür ki, bütün bu ölkələrdə prioritet Moskva ilə ikitərəfli münasibətləri deyil, ittifaqdaxili münasibətləri tənzimləməkdir və buna görə də birinciyə ikincini qurban verməyəcəklər.

Xarici siyasət müşahidəçisi onu da bildirir ki, Vildersin hökumət qurmaqda çətinlik çəkə bilməsi ehtimalı var.

Oxunma sayı 238