Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 200-ə yüksəlib

09:26 19.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, ölkədə 1 yanvar - 3 dekabr tarixləri arasında Lassa qızdırması epidemiyasının 28 əyalətin 114 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib.

Hafta.az-ın yazdığına görə, açıqlamada qeyd olunub ki, bu dövrdə 1170 Lassa qızdırması aşkar edilib, epidemiya nəticəsində həyatını itirənlərin sayı isə 200-ə yüksəlib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib. 2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 nəfərə yoluxma aşkarlanıb, 178 nəfər ölüb.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində yaranıb. Siçan nəcisindən yayılan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.