Nikahlarda “mülkiyyət rejimi” müqaviləsi dəbə düşüb

10:42 14.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada nikah müqaviləsi bağlanarkən notariuslarda əmlak rejimi müqavilələri imzalayanların da sayında əvvəlki ilə nisbətən 11 faiz artım qeydə alınıb. Yəni 2023-cü ildə əmlak rejimi müqaviləsi imzalayanların sayı 119400-ə çatıb.

Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, ötən il mülkiyyət hüququ və maliyyə məsələləri ilə bağlı mübahisələri çözmək üçün notariuslara müraciət edən nikahlı cütlüklərin sayı 173 mini keçib.

İlhaq edilmiş Krım, Smolensk və Kalininqrad nikah müqavilələrinin ən çox artdığı yerlər sırasındadır.

2024-cü ilin birinci rübündə bağlanan nikah müqavilələrinin sayı ötən ilin eyni dövrünü keçərək təxminən 23 min olaraq qeyd edilib.

Nikah müqaviləsi, evli və ya hələ nikahda olan cütlüklərin boşanma halında nikah zamanı əldə etdikləri əmlakı necə bölüşəcəklərini müəyyən edən müqavilədir.