Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib

23:20 30.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvəti ilə Azərbaycana səfərə gəlib.

Hafta.az-ın məlumatına görə, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.

 

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Alaverdi Aşırov müşayiət ediblər.