Növbəti ilin dövlət büdcəsində əməkhaqqı artımı üçün vəsait nəzərdə tutulub

13:26 10.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.

S.Şərifov bildirib ki, artımlar hesabına sosial sığorta yığımları da artacaq: “Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib”.