Novruz bayramında 9 gün iş olmayacaq

09:55 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.


Hafta.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib.


Onun sözlərinə görə, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.