Noyabrda ən çox ixracat avtomobil sənayesində olub

09:32 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyədə ötən ay ən çox ixrac edilən sektor avtomobil sənayesi olub.

Hafta.az-ın yazdığına görə, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarında deyilir ki, ötən ay 3 milyard 172 milyon 87 min dollarlıq ixracat aparan avtomobil sənayesini 2 milyard 878 milyon 850 min dollarla kimya məhsulları, onu isə 1 milyard 432 milyon 47 min dollar ilə geyim və trikotaj sənayesi izləyib.

Noyabr ayında əvvəlki ilin eyni dövrünə görə ən yüksək ixrac artımı 372 faizlə gəmi, yaxta və xidmət sahələrində olub.

Türkiyənin cəmi ixracatının 70,4 faizini reallaşdıran sənaye qrupunda keçən ay 5 faiz artımla 16 milyard 204 milyon 542 min dollarlıq məhsul ixracat edilib.

Ümumi ixracın 14,5 faizini təşkil edən kənd təsərrüfatı qrupunda ixrac 0,8 faiz artaraq 3 milyard 342 milyon 917 min dollar, 2,1 faiz paya malik mədənçıxarma qrupunda isə 4 faiz azalma ilə ixrac 483 milyon 272 milyon dollar olub.

Noyabrda ən çox ixracat edən ölkələr siyahısında Almaniya 1 milyard 512 milyon 403 min dollarla birinci olarkən, onu 1 milyard 124 milyon 219 min dollarla Birləşmiş Ərəb Əmirlikləri və 1 milyard 67 milyon 992 min dollarla ABŞ izləyib.

Ötən ay ən çox məhsul ixrac edən ilk 3 vilayət 8 milyard 719 milyon 808 min dollarla İstanbul, 1 milyard 654 milyon 667 min dollarla Kocaeli və 1 milyard 493 milyon 704 min dollarla Bursa olub.

Oxunma sayı 190