Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin nəvəsi və ölkə senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayev 30 yaşında vəfat edib.
Hafta.az-ın məlumatına görə, bu barədə Zakon.kz xəbər portalı xəbər yayıb.
Məlumatda deyilir: “Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ürəyi dayanıb. Digər detallar hələ bilinmir”.
Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi. Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.