O ölkədə iPhone 15-in qiyməti yarıbayarı enib

10:15 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iPhone 15-in qiyməti 40 faiz ucuzlaşıb. Sentyabrda 125-170 min rubla satılan telefonun ən ucuz modelinin qiyməti bu gün 75 min rubldan (825 dollar) aşağı düşüb.

Hafta.az-ın yazdığına görə, məsələ ilə bağlı məlumat verən “Business FM”ə danışan “Digital Media” portalının baş redaktoru Pavel Sinyakov bildirib ki, qiymətlərin ucuzlaşması “Apple”ın siyasəti ilə bağlı deyil. Sinyakovun sözlərinə görə, qiymətlərin ucuzlaşmasının səbəbi məhsulun buraxıldığı günlərdə göstərilən sıx marağın azalmasıdır.

Sinyakov Apple-ın yaxın vaxtlarda yeni iPhone modelini təqdim edəcəyinə də diqqət çəkib.

iPhone 15 Rusiyaya paralel idxal yolu ilə daxil olur.

Oxunma sayı 216