İrəvanda artıq tarixə qovuşmuş separatçı rejimin keçmiş rəhbərləri ilə Paşinyan hakimiyyəti arasında ziddiyyətlər dərinləşir.
“Cənab Şahramanyan, siz 22 səslə prezidentsiniz. Ermənistan Artsax (Qarabağ. red) hakimiyyətinin Artsax ermənilərinin suallarına cavab verməsini istəyir», hafta.az bildirir ki, Ermənistan Milli Assambleyasının Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə bildirib.
“Bu gün bu hakimiyyət deyir: “Biz imzalamışıq”, sonra deyirlər: “Biz imzalamamışıq”, sonra deyirlər: “Bu məmurlar məmur qalsın, başqaları qalmasın”, sonra deyirlər: “Biz başımızı sındıracağıq. ” Mən isə deyirəm: yox, cənab Şahramanyan, siz 22 səslə prezidentsiniz, başları sındırmaq yox, xilas etmək vaxtıdır”.
Köçəryan vurğulayıb ki,Şahramanyan son nəticədə separatçı rejimin ləğvi ilə bağlı sənədi imzalayıb-imzalamadığına qərar verməlidir.
“Əgər o, imza atmayıbsa, bəs niyə Ermənistandadır, Artsaxda öz postunu tutmalı idi”, – “Mülki müqavilə” fraksiyasının deputatı deyib.