Odessada liman raket hücumuna məruz qalıb

14:58 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 23-də səhər Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.

Hafta.az xəbər verir ki, “Cənub” Operativ Komandanlığının yaydığı məlumata görə, raketlər Odessa Dəniz Ticarət Limanına atılıb.

İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb. Nəticədə limanın ərazisində dağıntılar qeydə alınıb.