İsveç sakinlərinə oğluna Rusiya prezidenti Vladimir Putinin adını verməsinə icazə verilməyib. Hafta.az xəbər verir ki, bu barədə yerli Sveriges Radio radiostansiyası məlumat yayıb.
Körpənin valideynləri, ölkədə qüvvədə olan qaydalara uyğun olaraq, İsveç Vergi Agentliyinə seçilmiş adla müraciət ediblər. Lakin qurum adı qeydə almaqdan imtina edib.
İsveç qanunvericiliyinə görə, agentlik işçiləri körpəyə narahatlıq yaradacağını düşündükləri təqdirdə valideynlərin ad seçimindən imtina edə bilərlər. Bu vəziyyətdə agentliyin nümayəndələri, rus liderinin adı və soyadının uşağa verilməsindən imtinanın səbəbini də açıqlamayıblar.
Qeyd olunur ki, əvvəllər agentlik uşaqlarına Allah, Q, Token, Michael Jackson, Ford və Pilsner adlarını vermək istəyən ailələrə də rədd cavabı verib. Eyni zamanda, oğluna Google adını verməyə qərar verən valideynlərin razılıq əldə etməsi halları da var.