Ölən şəxsdən koronavirus keçdi

15:42 15.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada 2 milyona yaxın insana yoluxan və 120 minə yaxın insanın ölümünə səbəb olan koronavirus pandemiyasının gedişatında bir ilk yaşanıb.

Hafta.az xəbər verir ki, Tailandda koronavirusdan ölən bir şəxsdən başqasına virus keçdiyi aşkarlanıb.

Bu hal isə dekabrdan bəri ilk dəfə yaşanıb.

Bununla da koronavirusdan ölən şəxsin vücudunda virusun nə qədər aktiv qalması sualı ortaya çıxıb. Faktın ortaya çıxmasından sonra morq işçilərinə də təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb. (ölkə.az)