Ölkələr üzrə orta evlilik yaşı - Araşdırma

10:22 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar bəzi ölkələrdə əhalinin təbii artımının azalması və hətta dayanması, boşanma hallarının sürətlə artmasının gündəmə gətirdiyi məsələlərdən biri də evlənmə zamanı müəyyən ailə məqsədlərinin olmamasıdır. Hətta bu məsələdə evlilik yaşının da ümumi prosesdə rolu olduğu deyilir. İnkişaf etmiş sənaye ölkələrində evlənmə yaşları 30-dan yuxarı olsa da, zəif inkişaf etmiş ölkələrdə bu yaş həddi 20-27 arasıdır.

Hafta.az olaraq bu dəfə bəzi ölkələrdə insanların ortalama evlənmə yaşını diqqətə çatdıracağıq.

ABŞ-da orta evlilik yaşı 27,1-dir. Avropanın super iqtisadi gücü olan Almaniyada isə bu yaş 32,6 ildir.

Qərbi Avropada yerləşən Belçikada gənclərin orta evlənmə dövrü üçün 29,8 yaş götürülür. Bu hədd Böyük Britaniyada 31,7 yaş, Danimarka Krallığında isə daha yüksək - 33,9 yaş müəyyənləşib.

Fransada gənclər evlənmək qərarına ortalama 31,1 yaşda gəlirlər. Bu, hədd Fransanın Şimal cənub qonşuları olan Niderland və İspaniyada isə 31,2 yaşdır.

Gənclərin orta evlənmə dövrü İsveçdə 34,7 yaş, İtaliyada 31,6 yaş, Norveçdə 33,0 yaş, Portuqaliyada 28,9 yaş, Misirdə 24,8 yaş, İranda 25,2 yaş, Rusiyada 25,7 yaş, Hindistanda 22,8 yaş, Banqladeşdə 22,2 yaş, İndoneziyada 21,9 yaş, Nigeriyada 24,9 yaş, Meksikada 24,3 yaş, Braziliyada 30,8 yaş, Çində 25,3 yaş, Filippində 25,6 yaş, Efiopiyada 23,5 yaşdır...

Qardaş ölkə Türkiyədə bu dövr 26,5 yaş, Azərbaycanda isə 27,5 yaşdır.

Oxunma sayı 270