Ölkələrimiz arasında əlaqələr tək siyasi sahə ilə məhdudlaşmır - Səfir

14:44 31.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Koreya arasında uzun coğrafi məsafə ilə yanaşı, diplomatik münasibətlərimizin qurulduğu 1992-ci ilə qədər ölkələrimiz arasında birbaşa rəsmi təmaslar olmayıb.

Bu fikirləri hafta.az-a Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra digər ölkələrlə olduğu kimi, Koreya ilə də diplomatik əlaqələr qurub, 2006-cı ildə Koreya Prezidentinin Azərbaycana, 2007-ci ildə isə Azərbaycan Prezidentinin Koreyaya qarşılıqlı səfərlərindən sonra isə münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib:

"Hazırda ölkələrimiz arasında əlaqələr təkcə siyasi sahə ilə məhdudlaşmır, iqtisadi, sosial, mədəni, təhsil, turizm və digər istiqamətlər üzrə geniş və əhatəli əməkdaşlıq münasibətləri konkret layihələrlə özünü büruzə verir. Lakin təbii ki, coğrafi uzaqlıq iki ölkə arasında rəsmi təmasların və habelə digər sahələrdə mübadilələrin sayına təsir edir. Bu isə öz növbəsində iki ölkənin münasibətlərin inkişafına yönəlik potensialdan tam olaraq istifadə olunmasına maneçilik törədir".