Yazını böyüt
Yazını kiçilt
Oman, Nyu Yorkda keçirilən beynəlxalq sessiyada BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasına (UNESCAP) sədr seçilib.
Hafta.az-ın yazdığına görə, Omanın BMT-dəki Daimi Təmsilçisi, səfir Məhəmməd əl-Həsən ölkəsinin 55 üzvlük UNESCAP-a rəhbər seçilməsindən məmnun qaldıqlarını bildirib. O, Omanın Asiya və Sakit Okean ölkələrinin maraqlarını qoruyacağını deyib.
Səfir Həsən bildirib ki, Oman region ölkələrini birləşdirən təşkilata sədrlik etdiyi müddətdə üzv dövlətlərə beynəlxalq arenada davamlı dəstək verəcək.
Qeyd edək ki, daha əvvəl UNESCAP-a Nepal sədrlik edirdi.
Nepalın BMT-dəki Daimi Təmsilçisi Amrit Bahadur bildirib ki, Oman UNESCAP-a rəhbərlik etmək üçün mükəmməl seçimdir və bütün üzv dövlətlər bu nəticədən məmnundur.