Orta aylıq nominal əməkhaqları açıqlanıb

17:34 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqları açıqlanıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən xəbərə görə, 2020-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqı 2,6 faiz artaraq 722,9 manat təşkil edib.

Neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda çalışanlarda isə əməkhaqqı 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.