Ötən gün 3 nəfər yol qəzasında ölüb

10:24 12.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb.