Ötən gün 47 yanğın hadisəsi olub - FHN

12:18 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən hafta.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən “Mercedes” markalı minik avtomobilinin İsmayıllı rayonunun Namazgah kəndi ərazisində dərəyə aşması nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas olunub, 3 nəfər yanıq xəsarəti alıb.