Ötən həftə 243 hektar ərazi minalardan təmizlənib

11:33 24.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə ərzində 243 hektar ərazi minalardan təmizlənib.

Hafta.az-ın məlumatına görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, may ayının 17-dən 22-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 93, tank əleyhinə 33 mina və 873 partlamamış hərbi sursat aşkarlanıb.