Yazını böyüt
Yazını kiçilt
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində 2020-ci ildə Balakən rayonunda 700 yeni iş yeri açılıb.
Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, iş yerlərinin 64-ü yeni açılan, 94-ü mövcud müəssisə və təşkilatlarda yaradılıb. Bundan əlavə, ötən il mövsümi və abadlıq işləri, həmçinin digər tədbirlər üzrə 542 yeni iş yeri açılıb.