Ötən ilin ən çox baxılan serialı yeni sezonu ilə geri dönür

10:44 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Netflix izləyiciləri axın nəhənginin ən sevilən seriallarından birinin yeni mövsümünün istehsalına başladığını elan etməsini sevinclə qarşılayıblar.

Hafta.az-ın yazdığına görə, casus trilleri keçən mart ayında yayımlanmağa başlayıb və 812 milyon saat izləmə müddətinə çataraq, platformada 2023-cü ilin ən çox izlənilən serialı olub.

Nəhayət, Netflix, serialın bu qədər populyarlaşmasından aylar sonra, ikinci mövsümdə istehsalın başladığını təsdiqləyib.

Yayım nəhəngi sosial media hesabından verdiyi açıqlamada şad xəbəri verib: "The Night Agent 2” mövsüm üçün istehsala qayıtdı".

Serial ilk sezonu ilə tamaşaçıları Ağ Evdə vəzifəyə təyin edilmiş və ABŞ hökumətinin zirvəsində bir sui-qəsdə itələmiş FTB agenti Peter Sutherlandla tanış edib. İkinci sezonda Qabriel Bassonun oynadığı agentin hekayəsi davam edəcək.

İkinci mövsümdə Bassoya Peterin sevgilisi Rouz Larkin rolunu oynayacaq Lusian Buçanan da qoşulacaq.

"The Night Agent 2”nin ilk sezonu Metyu Kvirkin eyniadlı romanından uyğunlaşdırılıb və prodüserlər tərəfindən zənginləşdirilib. Triller seriyasının ikinci mövsümü əsasən Nyu Yorkda, bəzi əlavə çəkilişlər isə Vaşinqton və Tailandda aparılacaq.

Bu il yayımlanacaq 10 seriyalı ikinci sezonun təfərrüatları hələlik "son dərəcə gizli" saxlanılsa da, bu, serialın pərəstişkarlarının həyəcanlanmasına və səbirsizləşməsinə mane olmayıb.

Çıxış tarixi, həmçinin “The Night Agent”in yeni sezonunun süjeti hələlik məlum deyil, lakin Netflix-in bu ilin sonunda serialı abunəçilərinə təqdim edəcəyi təxmin olunur.