Özbəkistanda dördayaqlı körpə doğulub

14:00 04.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın Surxandərya vilayətinin Şerabad rayonunda nadir patoloji deffektlə doğulan körpə sosial mediada böyük ajiotaj yaradıb. Dördayaqlı körpənin görüntüləri yayılandan sonra mütəxəssislər rəsmi açıqlama veriblər.

Hafta.az yazır ki, açıqlamaya görə, körpə yapışıq əkizlərdə müşahidə olunan çox nadir patologiya ilə dünyaya gəlib. Dölün ikinci hissəsi tam inkişaf etməyib və yalnız bədənin bəzi hissələri formalaşıb, buna görə də körpənin əlavə ayaqları var.

Səhiyyə mütəxəssislərinin sözlərinə görə, körpə Səmərqənd Vilayət Uşaq Çoxşaxəli Tibb Mərkəzinə köçürülüb və mürəkkəb əməliyyat olunub. Əməliyyatda ixtisaslı həkimlərdən ibarət qrup iştirak edib.

Həkimlər bildiriblər ki, bu cür hallar tibbi praktikada çox nadir hallarda baş verir. Körpənin sağlamlığı mütəxəssislərin nəzarəti altındadır və onun vəziyyəti ilə bağlı müşahidələr davam edir.