Rusiya Ermənistandan referendum tələb etməkdə israrlıdır

12:48 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvanın qısa müddətdə referendum keçirməsi daha yaxşıdır.

Hafta.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib:

"Ermənistanın qısa müddətdə referendum keçirib Avrasiya İqtisadi Birliyində qalmaq və ya Avropa Birliyinə qoşulmaq istəyib-istəmədiyinə qərar verməsi, bəlkə də, daha yaxşıdır".