Daha bir şirkətə rezident statusu verildi

13:32 04.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ceer Plastik” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Agentlikdən Hafta.az-a bildirilib ki, investisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.