Özbəkistanda əhalinin sayı 37,5 milyonu ötüb

09:05 10.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın daimi əhalisinin sayı dekabrın 9-da 37 milyon 535 min 605 nəfər olub.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistanın Statistika Agentliyi məlumat yayıb.

Məlumata görə, qadınların sayı 18,6 milyon, kişilərin sayı isə 18,9 milyon nəfər olub.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə ümumilikdə 783089 doğuş qeydə alınıb. Bu doğuşların valideynlərin yaş qruplarına görə bölgüsü aşağıdakı kimidir:

25 yaşa qədər - 309664 (39,5 faiz), 25-39 yaşa qədər - 463842 nəfər (59,3 faiz), 40 yaş və yuxarı - 9583 nəfər (1,2 faiz).

Yanvarın 1-i vəziyyətinə daimi əhali içərisində kişilərin sayı qadınların sayından 250266 nəfər çoxdur.

Dünya Bankının məlumatına görə, 2020-ci ildə Mərkəzi Asiyada orta ömür uzunluğu 71,8 il təşkil edib ki, bu da ümumilə Asiyadakından (74,2 il) 2,4 il aşağıdır.