Özbəkistanda prezident seçkiləri başa çatıb

20:21 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Hafta.az xəbər verir ki, seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) fəaliyyətini dayandırıb.

Özbəkistanın Mərkəzi Seçki Komissiyası seçicilərin siyahısına 19,9 milyon vətəndaşın adının salındığını bildirmişdir, bununla belə 400 mindən artıq seçici vaxtından əvvəl səsvermədə iştirak etmişdir. Bu proses oktyabrın 14-dən 20-dək davam edib. Seçici aktivliyi 70 faizdən artıq olub.

Xatırladaq ki, prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova iştirak edir.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib.