“Özbəkistanla Qazaxıstan möhkəm müttəfiqlik münasibətlərini inkişaf etdirir” – Səidə Mirziyoyeva

20:25 26.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə Qazaxıstanın bir qrup dövlət və ictimai xadimi “Dostluq” ordeni ilə təltif edilib.

Hafta.az-ın yazdığına görə, onların arasında Qazaxıstanın dövlət müşaviri Yerlan Karin, prezidentin köməkçisi Ruslan Jeldibay, baş nazirin müavini Serik Jumangarin, mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın Özbəkistandakı səfiri Beybut Atamkulov, Qazaxıstandakı Özbək Etnomədəni Birlikləri Assosiasiyasının sədri İkram Haşimcanov da var.

Özbəkistan prezidentinin köməkçisi Səidə Mirziyoyeva bildirib ki, bu qərar son dərəcə diqqətəlayiqdir.

“Özbəkistanın ən yüksək dövlət mükafatlarının qazaxıstanlı həmkarlarımıza təqdim edilməsi son dərəcə əlamətdardır. Liderlərimizin siyasi iradəsi sayəsində Özbəkistan və Qazaxıstan möhkəm müttəfiqlik münasibətlərini inkişaf etdirir. Biz həmişə bir yerdə olmalıyıq. Biz əməkdaşlıq etsək, ölkələrimiz daha da çiçəklənəcək, xalqlarımızın həyatı firavan olacaq”, - deyə Səidə Mirziyoyeva deyib.