Özəl telekanalların hesabına 4 milyon manat köçürülüb

18:19 07.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1 milyon 659 min manat vəsait ayrılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə şuranın maliyyə hesabatında deyilir.

Qeyd edilir ki, 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1milyon 480 min manat vəsait təyinatı üzrə istifadə olunub.

"Azərbaycan Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına dörd milyon manat vəsait ayrılıb və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.

Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179,3 min manat vəsait büdcəyə qaytarılıb", - məlumatda qeyd edilir.

Oxunma sayı 33