Özünü yandıran əlil xəstəxanada ölüb

11:25 05.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda özünü yandıran əlil aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.