Pakistan da Rusiyaya yönəldi, nefti bu ölkədən alacaqlar

11:16 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan hökuməti endirimli xam neft almaq üçün Rusiyaya ilk sifarişini verib.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, bu haqda məlumat verən Pakistanın neft naziri Musadiq Malik bəyan edib ki, ölkəsi Rusiya ilə yeni müqavilə çərçivəsində güzəştli xam neft üçün ilk sifarişini verib və may ayında neftlə dolu ilk tanker Karaçi limanına yanaşacaq.

Müqaviləyə əsasən, Pakistan Rusiyadan yalnız xam neft alacaq, hər hansı emal olunmuş neft məhsulunun alınması nəzərdə tutulmur. Neft nazirinin sözlərinə görə, əgər birinci sifariş uğurlu olarsa, ölkəsinin Rusiyadan neft idxalını gündəlik 100 min barrelə çatdıracaqlar.

Bu arada qeyd edək ki, keçmiş baş nazir İmran Xanın iqtidarı defakto Rusiya ilə ticari əlaqələr qurmaq istəməsinə görə devrildi. Belə olan halda Pakistan parlamentinin və Ali Məhkəməsinin məsələyə necə reaksiya verəcəyi maraqla gözlənilir.